Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Portuqaliya Bakıda çempion oldu


Azərbaycan Portuqaliya oyunu
Azərbaycan Portuqaliya oyunu

Bakıda keçirilən 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının qalibi bəlli olub.

Mayın 21-i saat 20-də 8-ci kilometr qəsəbə stadionunda Portuqaliya və İspaniya yığması arasında keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Sonra qalib penalti zərbələri ilə müəyyən edilib. Portuqaliya yığması bütün penalti zərbələrini düzgün yerinə yetirərək çempionatın qalibi olub.

Beləliklə, Bakıda keçirilən qitə birinciliyinin qalibi Portuqaliya millisi olub.

Yarışlarda 16 komanda iştirak edirdi. Çempionata Portuqaliya komandasına 0:5 hesablı məğlubiyyətlə başlayan Azərbaycan komandası qrup mərhələsini adlaya bilməyib. Qrupdakı digər iki oyunda Azərbaycan Şotlandiyanı 1:0 hesabı ilə məğlub etsə də, Belçika komandası ilə xalları bölüşdürmüşdü. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Azərbaycan qrupda 4 xal toplamışdı.

XS
SM
MD
LG