Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:20

Əzim Geyçisaz Everesti fəth etdi


Everest
Everest

-

İranda yaşayan azərbaycanlılardan Əzim Geyçisaz mayın 19-da planetin ən yüksək zirvəsi – Everesti oksigen maskasından istifadə etmədən fəth edib.

«Turan»ın xəbərinə görə, 34 yaşlı Əzim Geyçisaz ikinci dəfədir ki, Everestə qalxır. Birinci dəfə 2005-ci ildə oksigendən istifadə etməklə zirvəyə qalxıb.

2014-cü ilə qədər o, oksigen olmadan 13 səkkizminlik zirvəni uğurla fəth edib.

«Dünyada 8000 metrlik 14 dağ zirvəsi var və onlardan 13-nü fəth etmişəm. Lakin mən Everestə əlavə oksigendən istifadə etməklə qalxdım. Yenidən bu zirvəyə əlavə oksigen istifadə etmədən qalxmağa hazıram», - alpinist bildirib.

Geyçisaz Təbrizdə anadan olub və orada yaşayır. İranın alpinizm yığmasının üzvüdür.

O, Azərbaycan Alpinizm Federasiyasının böyük dostudur və Bakıdan olan həmkarları ilə birlikdə ekspedisiyalarda iştirak edir.

İki il öncə İsrafil Aşurlu və Firuz Dadaşovla birlikdə Şişapanqma (8013 m.) ekspedisiyasında iştirak edib. Lakin ekspedisiya baş tutmayıb. Əzim Geyçisaz Azərbaycandan olan xəstə yoldaşının enməsinə kömək etməkdən ötrü zirvədən könüllü imtina edib.

XS
SM
MD
LG