Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 12:05

-

2015-ci ildə “Azeri Light” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiymətinin 53,7 dollar olduğu bildirilir.

Report-un xəbərinə görə, bu haqda Maliyyə Nazirliyinin yaydığı “Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabat”da bildirilir.

Hesabata görə, Azərbaycan neftinin bir barelinin orta satış qiyməti yanvarda 49,5, fevralda 60, martda 57,3, apreldə 61,4, mayda 65,2, iyunda isə 62,7 dollar olub.

Hesabatda qeyd edilir ki, neftin qiymətində iyuldan eniş baş verib. Neft avqustda 48,2, sentyabrda 49, oktyabrda 50,1, noyabrda 45,2, dekabrda isə lap ucuz 38,2 dollara satılıb.

Hazırda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 51,16 dollardır.

Bu 2016-ci ildə neftin ən yüksək qiymətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG