Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:50

İcbari tibbi sığorta gecikir


Həkim
Həkim

-

«İcbari tibbi sığortanın tətbiqi ilə bağlı aidiyyəti üzrə dövlət qurumları ilə müzakirələr aparılıb. İşlər yekunlaşmaq üzrədir. Mayın sonu-iyunun əvvəlində ilkin modelin layihəsi ölkə rəhbərliyinə təqdim ediləcək».

«Report»un xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O, bildirib ki, 2017-ci ildə icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirilməsi planlaşdırılır: «Hansı rayonların seçilməsi və işin necə qurulması yaxın gələcəkdə məlum olacaq. Pilot layihə tam başlayandan sonra təxminən 6-9 ay davam edəcək. Nəticələrə baxıb səhvlərin nədən ibarət olduğunu müəyyənləşdirəcəyik. Bundan sonra bu işin ölkə üzrə icrasına başlayacağıq. Çox güman ki, 2018-ci ildən Azərbaycan əhalisinin geniş şəkildə sığortalanmasına başlanılacaq. Modelimiz ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir: Gecikmənin obyektiv və subyektiv səbəbləri olub. Ancaq biz gələcəyə baxsaq daha yaxşı olar».

«İcbari tibbi sığorta haqqında» Qanun 17 il öncə qəbul edilsə də, indiyə kimi tətbiq edilmir. Azərbaycanda yalnız icbari tibbi sığortadan xarici şirkətlərdə çalışanlar istifadə edə bilirlər.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, bu il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Azərbaycanda müstəqil ekspertlər əhalinin geniş şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Onlar deyir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı.

XS
SM
MD
LG