Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:15

Şamaxıda zəlzələ olub.


Foto illüstrasiya

-

Mayın 19-u, yerli vaxtla saat 02:44-də Şamaxı rayonunun Pirqulu kəndindən 22 km cənub-qərbdə zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindənverilən məlumata görə, yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 6 km olub. Dağıntı yoxdur.

Şamaxı seysmik zonada yerləşir. Tarixboyu bu şəhərdə çoxsaylı zəlzələlər olub. Bu şəhərdə ən güclü zəlzələlər 1667-ci, 1859-cu və 1902-ci illərdə baş verib. 1859-cu il zəlzələsi vaxtı Azərbaycan Çar Rusiyasının tərkibində idi. Həmin zəlzələdən sonra Şamaxı quberniyasının paytaxtı Şamaxıdan Bakıya köçürülüb.

XS
SM
MD
LG