-
Rusiyalı deputatlar milli qvardiyanın yaradılmasına ilkin razılıq veriblər.
Dövlət Dumasının üzvləri mayın 18-də uyğun qanun layihəsini dəstəkləyiblər, bircə kommunistlər ona qarşı çıxıb. Layihə 3 oxunuşdan keçməlidir, bu, birinci mərhələ idi.
Prezidenti Vladimir Putin milli qvardiya (Rosgard) yaradacağını ötən ay elan edib, deyib ki, keçmiş baş mühafizəçisi Viktor Zolotov bu qvardiyaya rəhbərlik edəcək.
Putin-in sözlərincə, bu qüvvə ekstremizm və mütəşəkkli cinayətkarlıqla mübarizə məqsədilə yaradılır. Ancaq bəzi müşahidəçilərin fikrincə, Kreml iqtisadi geriləmə dövründə mümkün antihökumət etirazlarından ehtiyatlanır.