Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:57

Yəhudi icmasının rəhbərinin evinə basqın- $395 min


Boris Simanduyev
Boris Simanduyev

►Sinaqoqu yara bilməsələr də, icma sədrinin evini yağmalayıblar

“Sinaqoqun qapısını aça bilməyib, geri qayıtdıq. Pəncərədən evə girdik, mətbəxdəki seyfi baltayla sındırdıq”.

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Dağ yəhudiləri” dini icmasının evini qarət etməkdə təqsirləndirilən Eldar Avadyayev, Xalid Seyidov, Coşqun Əliyev, Əfqan İbrahimov və Türkanə Rəhmanovanın məhkəməsinə hazırlıq iclası keçirilib.

QAPINI AÇA BİLMƏYİBLƏR

Eldar Avadyayev istintaqa ifadəsində göstərib ki, 2014-cü il dekabrın 6-da dəstənin digər üzvləri ilə birlikdə “Dağ yəhudi”ləri dini icmasının sədri, Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin evinə giriblər. Ailə üzvlərinə bıçaqla xəsarət yetirib sinaqoqun açarlarını alıblar.

Türkanə Rəhmanova istintaqa verdiyi ifadəsində deyib ki, Eldar Avadyayev icma sədrini döyərək sinaqoqun açarlarını alandan sonra onları sinaqoqa göndərib.

Orada 20 min manat pul olduğunu deyib və tapşırıb ki, həmin pulu götürüb evə qayıtsınlar. Onlarsa qapını aça bilmədiklərindən əliboş geri qayıtmalı olublar.

Dəstənin digər üzvləri həmin vaxt evdə icma sədrini və onun bacısı Liza Simanduyevanı döyərək evdəki pulların, qızılların yerini öyrənməyə çalışıblar.

Liza Simanduyeva müqavimət göstərdiyindən dəstə üzvləri onu bıçaqla xəsarət yetiriblər.

____________________________________________________________

Bunlara da bax:
“Barmağımı kəsib yoldaşıma göndərdilər"- Bakıda çinli adam oğruları
Meteoriti tapana 20 min dollar mükafat vədi

____________________________________________________________

“SEYFİ BALTAYLA DOĞRADILAR”

Zərərçəkmişlər ifadələrində əl-ayaqlarının və ağızlarının “skoç”la bağlandığını deyiblər. “Evi axtarıb seyfi tapdılar, baltayla doğradılar”, - bunu icma rəhbəri ifadəsində bildirib.

Mətbəxdəki seyfdən 395 min ABŞ dolları, 91 min 600 manat, 28 min rubl, qızıl-zinət əşyaları, qol saatları, qızıl sikkələr götürülüb.

İttiham sübuta yetirilsə, təqsirləndirilən şəxsləri 7 ildən 13 ilədək həbs cəzası gözləyir.

DİNLƏ: Günün əsas hadisələri Azadıq Radiosunda (18 may)

Qiyas İbrahimin anası: “Qorxmasaydılar, oğlumun da, mənim də qanımı ordaca içərdilər”

BAX: Günün əsas hadisələri Azadıq Radiosunun TV proqramında (18 may)

"İqtisadi böhran dərinləşir"
XS
SM
MD
LG