-
Vatikanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, nunsi Marek Solçinski mayın 15-dən 17-nə kimi Azərbaycanda səfərdə olub.
Onun gəlişində məqsədin Roma Papası Frantsiskin Bakıya qarşıda duran səfərinin proqramını və gündəliyini müzakirə etmək olduğu bildirilir.
Turan-ın xəbərinə görə, bu barədə Roma Katolik Kilsəsinin nümayəndəsi Vladimir Fekete danışıb.
M.Solçinskinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, habelə Azərbaycan rəsmiləri ilə görüşdüyü, oktyabrın 2-nə nəzərdə tutulan səfərin proqramını müzakirə etdiyi bildirilir.
Roma Papası Frantsiskin sentyabrın 30-da Gürcüstana səfər edəcəyi gözlənilir. Onun oktyabrın 2-də də Bakıya gəlməsi planlaşdırılır.