Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Uşaq ilə yaşlının canına qıydığı deyilir


Foto arxiv

-

Xaçmaz rayonunda iki intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, rayonun Hacılar kənd sakini, 13 yaşlı Südabə Əliyevanın canına qıydığı deyilir.

Xəbərdə Xaçmaz rayonunda daha bir intihar hadisəsinin Yeni Həyat kəndində baş verdiyi qeyd edilir. Kənd sakini, 78 yaşlı Şəfi Şəfiyevin də öz evində meyiti aşkarlanıb.

Hər iki faktı Xaçmaz rayon Prokurorluğu araşdırır. Hadisənin səbəbləri açıqlanmır.

Son illər mətbuatda dərc edilən araşdırmalarda Azərbaycanda intihar hallarının artdığı bildirilir. Əslində, bunu rəsmi qurumlar da təsdiq edir. Ancaq Azərbaycanda intihar hallarını ayrıca araşdıran mərkəz yoxdur.

XS
SM
MD
LG