Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:51

59 yaşlı kişinin özünü asdığı deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakının Xətai rayonunda 59 yaşlı kişinin intihar etdiyi bildirilir.

«Report»un xəbərinə görə, hadisə Gəncə prospekti, ev 23A ünvanında baş verib. 1957-ci il təvəllüdü Əli Dadaşovun evində asılmış meyiti aşkarlanıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi, hələlik, açıqlanmır.

Dünən isə ölkədə 3 nəfərin özünü asaraq intihar etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Xəbərlərin birində qeyd edilirdi ki, Tovuz rayonun «Semzavod» qəsəbəsində 39 yaşlı Səməd Hüseynovun yaşadığı evdə asılmış meyiti tapılıb.

Başqa bir xəbərdə isə Bakıda 57 yaşlı kişinin özünü asdığı bildirilirdi.

Bu hadisələrdən əlavə, Lənkəran şəhərində də 22 yaşlı gənc qızın özünü asaraq canına qıydığı söylənirdi.

Son illər mətbuatda dərc edilən araşdırmalarda Azərbaycanda intihar hallarının artdığı bildirilir. Əslində, bunu rəsmi qurumlar da təsdiq edir. Ancaq Azərbaycanda intihar hallarını ayrıca araşdıran mərkəz yoxdur. Mətbuatda dərc edilən araşdırmalarda insanların daha çox maddi problemlərdən canlarına qıydıqları yazılır.

XS
SM
MD
LG