Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:02

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşması İraqda tutduğu ərazinin, demək olar, yarısını, yaxud 45 faizini itirib. Suriyadakı ərazilərin isə beşdə birini əldən verib. Bunu mayın 16-da Pentaqonun sözçüsü Peter Cook deyib.

Bu ilin əvvəlində İŞİD-in Suriyada itirdiyi ərazi 10 faiz idi, indi 16-20 faiz olub, İraqda isə daha öncə torpaqların 40 faizinin itirildiyi deyilirdi.

Son həftələr ABŞ və İraq qüvvələri İŞİD-in geriləməsi barədə açıqlamalar verir, amma silahlı qruplaşma Bağdadda və digər yerlərdə böyük itkilərlə sonuclanan hücumlar təşkil edib.

ABŞ İŞİD-in nağd pul və neft resursları itkilərindən də bəhs edir.

İlin əvvəlindən İŞİD Ramadi və Heet şəhərlərinə nəzarəti itirib, Fəllücə və Mosul isə əlində qalır.

XS
SM
MD
LG