-
Gecə.
Nəhəng pəncərənin arxasında
can verən bir adam kimi
sakit, heybətli
şəhər yuxuda
.
Şüşənin önündə qəmli biri
küsüb taleyindən
yaxası-başı açıq
Gözləri ulduzlarda
.
- Ulduzlar, ulduzlar!
- Nədir kədərimin səbəbi?
Gözləri ulduzlarda:
- Ulduzlar, ulduzlar!
- Hardan gəlir bu kədər?
Və ulduzlar dinir
danışır hər şeyi.