Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:13

Pulsuzluq idmanı vurur


Voleybol
Voleybol

-

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinə qatılmayacağı gözlənilir.

APA-nın xəbərinə görə, buna yığmanın komanda halında yarışdan imtina etməsi səbəb olub.

Agentliyin bildirməsinə görə, idmançılar son 6 ayda pul ala bilmirlər. Bu səbəbdən voleybolçu və məşqçilərin Tbilisidə baş tutacaq seçmə görüşlərə getməkdə maraqlı olmadıqları deyilir. Vitamin, qida və nəqliyyat problemləri yaşadıqları bildirilən komanda üzvləri, deyilənə görə, meydana çıxmaqda həvəsli deyillər.

Mayın 19-da baş tutacaq seçmə mərhələnin oyunlarına, hələlik, biletlərin də alınmadığı bildirilir.

APA-nın xəbərinə görə, yığma komandanın baş məşqçisi Fərid Cəlalov bütün bu deyilənləri təsdiqləyib. O bildirib ki, komandanın durumu ürəkaçan deyil və millinin gələcək taleyi sual altındadır.

Bu il Azərbaycan özü «Formula-1» yarışlarına ev sahibliyi edəcək. Həmin yarışlar iyunun 17- də başlayacaq.

Hazırda isə Bakıda 17 yaşlılardan ibarət futbolçular arasında Avropa Çempionatının final mərhələsi keçirilir.

XS
SM
MD
LG