Bayram Məmmədov aclığa başladı
"Heykəl məhbusu" Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirilir. Bu haqda onun vəkili Elçin Sadıqov Azadlıq Radiosuna məlumat verib.
Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apellyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edir.
Elçin Sadıqov bildirir ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb. Aclıq aksiyası həm də Ombudsmanın bəyanatına etirazdır.
1 qoyun dərisinə 25 qəpik
Şamaxılı fermer, çörəyi heyvandarlıqdan çıxan Qəhrəman Əliyev deyir ki, qoyun-quzusu var, bəzən kəsib satır: “Rayonda dəri qəbul məntəqəsi var, getdim verməyə, 4 dəriyə 1 manat verdilər. Məntəqədə işləyən oğlan dedi ki, “dayı, hələ sənə çox veririk, dərini 25 qəpikdən alırıq, mal çox olanda 15 qəpikdən alırıq”. Necə əsəbiləşdimsə, malımı əllərindən alıb zibilə atdım”.
Qəhrəman Əliyev deyir ki, qışda dərini 1 manatdan verib, 3-4 il əvvəl isə bir qoyun dərisinin qiyməti 3 manat olub. O, qoyun yununa da alıcı tapmadığından şikayətçidir. Ətraflı axşam saat 8-də AzadlıqLive-da radioda
Bu günki AzadlıqLive-da:
Bayram Məmmədovun anası deyir ki, "Ombudsmana inanırdı..."
Türkmən dağında döyüşlər gedir. Suriya türkmən məclisinin sədri Abdurrahman Mustafa ilə müsahibə
Bir qoyun dərisini fermerdən 20 qəpiyə, 25 qəpiyə alırlar