Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:32

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:11 19.5.2016

"Təyyarənin ekipaj üzvlərindən 5-i azərbaycanlı idi"

Rusiyanın Rossiya 24 telekanalının məlumatına görə Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Qəzadan yalnız 2 ukraynalının sağ çıxdığı, onların hazırda ağır vəziyyətdə xəstəxanada olduqları xəbər verilir.

Təyyarə qəzasının təfərrüatları barədə məlumat verilmir.

12:14 19.5.2016

AFP: Misir təyyarəsi qəzaya uğrayıb

Misir hava yollarının Airbus A320 təyyarəsi Misirin hava hüdudlarında, Yunanıstanın Karpatos adası yaxınlığında qəzaya uğrayıb.

Bunu Frans Press agentliyi Yunanıstanın hava limanındakı mənbəyə istinadla xəbər verir

Təyyarə MS804 reysi ilə Parisdən Qahirəyə uçurdu, mayın 19-u səhər tezdən təyyarə ilə əlaqə itdi.

Təyyarədə 56 sərnişin, 7 heyət üzvü və 3 təhlükəsizlik xidməti əməkdaşı var idi.

Misirin ehtimalına görə, təyyarə Aralıq Dənizinə düşüb.

12:47 19.5.2016

Moskvada banka hücum edib, adamları girov götürən öldürüldü

Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Moskva şəhərinin şərqindəki banklardan birində adamları girov götürmüş şəxs, xüsusi qüvvələrin binaya hücumunun gedişində öldürülüb.

Pervomayskaya küçəsindəki banka daxil olan silahlı şəxs ona 4, 7 milyon rubl (63, 4 min avro) və daha 13 min avro verilməsini tələb etmişdi.

Bundan imtina edildiyi təqdirdə, həmin şəxs binanı partladacağı ilə hədələyirdi.

13:35 19.5.2016

Ombudsman aparatı gənclərdə işgəncə izi görmədi (!?)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını bildirirlər.

Xəbəri Ombudsman Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirildiyi bildirilir.

Məlumatda deyilir ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Davamı

XS
SM
MD
LG