Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:01

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:41 18.5.2016

Bu gün Laçının işğalından 24 il ötür

19 Laçınlının qurtuluş dastanı (və ya 53 günlük mühasirə necə yarıldı?)

1993-cü il aprelin 1-də mayın 23-dək mühasirədə qalan 19 Laçın sakini necə oldu ki mühasirədən çıxdılar. Qarşılaşdıqları çətinliklər, indiki gözləntiləri... (Arxivdən - reportaj 2013-cü ildə hazırlanıb) video az sonra

17:46 18.5.2016

Laçının işğalının 24 ili - "Əsirlik həyatı" filminin təqdimatı olub

Nizami Kino Mərkəzində “Əsirlik həyatı” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümünə həsr olunan film Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə lentə alınıb.

Gültəkin Nərimanın rejissoru olduğu “Əsirlik həyatı” adlı sənədli film bir ailənin iki övladının əsirlik həyatından bəhs edir.

18:02 18.5.2016

Polis də nümayişə çıxdı

Fransada polis işçiləri özlərinə qarşı nifrət və zorakılıq əleyhinə nümayişə çıxıblar. Aksiayaları hüquq-mühafizə orqanlarının ən böyük həmkarlar ittifaqı təşkil edib. Aksiyalar 50 şəhərdə olub.

Polisin küçələrə çıxmasına səbəb son 2 ayda vətəndaşların etirazlarında 350 polisin yaralanmasıdır.

Fransa qanunlarına görə, polis tətil edə bilməz. Polis yalnız işdən sonra nümayişə çıxa bilər. Radio France İnternational - RFİ radiosunun məlumatında deyilir ki, son 30 ildə polis cəmi 4-cü dəfədir ki, belə nümayişə çıxır.

18:40 18.5.2016

30 ömürlük məhkuma şəxsiyyət vəsiqəsi verilib

Mayın 18-də Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.

Xidmətin saytında deyilir ki, tədbirdə Penitensiar Xidmət və Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.

Görəsən ömürlük məhkumun şəxsiyyt vəsiqəsi nəyinə lazımdır?

Davamı

XS
SM
MD
LG