Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 04:02

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:57 16.5.2016

Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşür

Bu gün - mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.

Görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova görüşdə əsas məqsədin məsləhətləşmələr aparılması və təmas xəttində hərbi risklərin azaldılmasından ibarət olduğunu bildirib.

13:16 16.5.2016

Müəllimə maaşı cücə ilə verirlər

Özbəkistanın Nukus şəhərində müəllimlərin maaşı yumurtadan təzəcə çıxmış cücələrlə verilib. Azadlıq Radiosunun Özbək Xidmətinin məlumatına görə, belə bir addıma səbəb Özbəkistan banklarında pul qıtlığıdır.

Maaşını cücə ilə alan bir müəllim radioya deyib ki, "bu, biabırçılıqdır. Keçən il də maaşı kartof, kök və balqabaqla vermişdilər. Bu il isə bizi məcbur edirlər maaş yerinə yenicə yumurtadan çıxmış cücələri götürək.Əgər onlar cücələrini satmaq istəyirsə, onda marketlərdə qiymətlərini ucuz etsinlər "

Müəllim adının çəkilməsini istəməyib, çünki Özbəkistanda media və mediaya danışanlar nəzarətdədir.

Bu ayın əvvəlində Daşkənddə yerləşən dövlət müəssisəsinin işçisi də radioya deyirdi ki, 2 aydır, maaş almır.

13:56 16.5.2016

Startfor Araşdırmalar Mərkəzi Dağlıq Qarabağdan yazır :

«Moskva Qərbin münaqişənin həllində iştirakını getdikcə daha çox qəbul edir. Görünür, Rusiya Qərbin rolunu saxlamağa çalışır, özü isə bütün tərəflər arasında baş vasitəçilik edir. Ancaq Moskvanın təşəbbüsüylə istənilən böyük sövdələşmə Azərbaycandan güzəştlər hesabına başa gələ bilər, Ermənistanı isə razılaşmanın qəbuluna dilə tutmaq lazım gələcək. Hələlik, bunların heç biri mümkün görünmür. Ona görə də, Moskva Qərbə göstərməyə çalışacaq ki, sülhü, azından, indilik saxlamaq gücündədir». Media icmalı

15:08 16.5.2016

Vəkil çıxış etdi

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov məhkəmədə çıxış edib. Vəkil deyir ki, C.Hüseynovun yeganə günahı Rasim Əliyevi döymüş Elşən İsmayılovun dayısı oğlu olmasıdır

Davamı

XS
SM
MD
LG