"Heykəl məhbusları" - Bayramla Qiyasın yeni məhkəməsi
Bu gün Xətai Rayon Məhkəməsində Bayram Məmmədov və Qiyas İbrahimovun işi üzrə həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair vəsatətə baxılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, gənclər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik maddə saxlamaqda) ittiham olunur və barələrində ilkin olaraq 4 ay həbs qətimkan qərarı verilib.
Türkiyənin yeni baş naziri olacaq Binali Yıldırım kimdir?
Binali Yıldırım son 22 ildə prezident Recep Tayyip Erdoğanın “yaxın dostu” sayılıb. Bu dostluq Erdoğan hələ İstanbul şəhərinin meri olan vaxtlardan başlanıb. Yıldırım həm də Erdoğanın 2001-ci ildə yaratdığı AKP-nin əsasını qoyanlardan biridir.
Amnistiya ilə 3 min adam azadlığa çıxacaq
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov parlamentə təqdim olunan "Amnistiya aktı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki,
bu amnistiya ilə 3 min adam azadlığa çıxa biləcək.
Amnistiya aktı layihəsini parlamentə Mehriban Əliyeva təqdim edib. Amnistiya 10 min məhbusu əhatə edəcək.
Özəlləşdirmə qərarını prezident özü verəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə haqqında qərar qəbul etmə səlahiyyəti əlindən alınıb.
Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana görə, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək.