Bayram Məmmədov deyir ki, ombudsmanın nümayəndəsi xəsarət olan yerlərinin şəklini çəkmək istəmədi
Məhkəmədə "heykəl məhbusu" Bayram Məmmədov əlindəki işgəncə izini hakimə göstərib. Sonra deyib ki, "Ombudsmanın nümayəndəsinə dedim ki, əlimdəki xəsarət izini çək, çəkmədi, işgəncə izi olmayan yerlərin şəklini çəkdi".
Məhkəmədən video
Neft Venesuelanı yıxır. Polislə etirazçılar toqquşub
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Müxalifət prezident Maduranın istefasını tələb edir. Ölkədə böyük infilyasiya, ərzaq və dərman qıtlığı yaranıb.
Binəqədidəki yanğından bir il ötür
19 may 2015-ci il Bakının Binəqədi qəsəbəsindəki 16 mərtəbəli binanın yanmasından bir il ötür. Yanğın 15 nəfərin ölümü, 20 nəfərin xəsarət alması ilə nəticələnmişdi. Hadisə ilə bağlı cinayət işi yekunlaşaraq, baxılması üçün məhkəməyə göndərilib.
Mentollu siqaretlər satışdan yığışdırılmağa başlayacaq.Hələlik Avropada.
Avropa Birliyində mayın 20-dən yeni anti-tütün qanunu qüvvəyə minir. Britaniyanın İndependent qəzeti yazır ki, qanuna görə, ətirli siqaretlər, o cümlədən mentollu siqaretlər 4 il ərzində Avropa Birliyindən yığışdırılacaq.
2020-ci ildən Avropa Birliyində ətirıli siqaret satışı bütünlüklə qadağan olunacaq.