Keçid linkləri

2024, 16 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:23

«Real Madrid» tərəfdarları öldürülüb


Cristiano Ronaldo
Cristiano Ronaldo

-

İŞİD İraqda «Real Madrid» komandası tərəfdarlarının yığışdığı kafeni avtomat silahlarla atəşə tutub. Azı 12 nəfər ölüb.

Hadisə şiələrin sıx yaşadığı Bələd şəhərindəki «Əl-Furat» kafesində baş verib.

3 terrorçu hadisə yerindən qaça bilib. Ancaq onlarda biri sonradan tutulacağını görəndə, özünü partladıb.

İŞİD hücumu üstünə götürsə də, hədəfinin «Real Madrid» olmağından bəhs etməyib.

«Real Madrid» isə yaydığı açıqlamada hücum nəticəsində klubun 16 tərəfdarının öldüyünü bildirib.

«Real Madrid»in futbolçuları şənbə günü «Deportivo» ilə keçiriləcək matça qollarında qara sarğı ilə çıxacaqlar.

XS
SM
MD
LG