Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:05

BMT ekspertləri Azərbaycana gəlir


BMT
BMT

-

Mayın 16-da Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupunun Azərbaycana gələcəyi gözlənilir.

Səfərin Azərbaycanda azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək olduğu bildirilir.

BMT-nin Bakı ofisindən «Turan»a verilən məlumata görə, səfər 10 gün davam edəcək. İşçi Qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti, digər maraqlı tərəflər ilə görüşməlidirlər.

Ekspertlərdən ibarət nümayəndə heyətinin həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanalarına da baş çəkəcəyi gözlənilir. Uşaqlar da daxil olmaqla, azadlıqdan məhrum olunmuş şəxslərlə, onların ailələri və nümayəndələri ilə görüşlər planlaşdırılır.

İşçi Qrupun ilkin müşahidələrinə dair Bakıda mayın 25-də mətbuat konfransı gözlənilir. Yekun hesabat isə 2017-ci ilin sentyabrında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilməlidir.

İşçi Qrup dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir. Onlar Baş məruzəçi Setondci Roland Adcovi (Benin); Kommunikasiyalar üzrə sədrin müavini Xose Qevara (Meksika), İzləmə üzrə sədrin müavinləri Li Tumi (Avstraliya), Seonq-Fil Honq (Koreya Respublikası) və Vladimir Toçilovskidir (Ukrayna). Ekspert qrupunu azadlıqdan özbaşına məhrum etmə hallarını araşdırmaqdan ötrü 1991-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyası yaradıb.

XS
SM
MD
LG