Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:41

Ağır qəza: 4 ölü, 7 yaralı


Foto arxiv

-

Ələt-Astara magistralında ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

«Ford» markalı sərnişin mikroavtobusun ağır tonnajlı yük maşını ilə toqquşduğu bildirilir. Nəticəsində avtobusdakı sərnişinlərdən 4-nün öldüyü, 7 nəfərin isə müxtəlif bədən xəsarətləri aldığı qeyd edilir.

Xəsarət alanların Astara və Lənkəran xəstəxanalarına yerləşdirildiyi deyilir.

XS
SM
MD
LG