Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 18:21

Suriyada Hizballah komandiri öldürülüb


Mustafa Badreddine

-

Suriyada Hizballah qruplaşmasının komandiri öldürülüb. Bu, Livanın şiə yaraqlı qruplaşmasına böyük zərbə sayılır.

Qruplaşma Mustafa Badreddine-nin ölümünün detallarını açıqlamır. Ancaq qruplaşmaya yaxın sayılan, Beyrutda mənzillənən Al-Mayadeen TV bildirib ki, o, İsrailin hava zərbəsində qətlə yetirilib. İsrail bu barədə şərh verməyib.

Badreddine, Livanın keçmiş baş naziri Rafik Hariri-nin qətlinə görə qiyabi mühakimən olunan dörd nəfərdən biridir.

Hizballah mayın 13-də yaydığı bəyanatda bildirib ki, Badreddine “1982-ci ildən bəri islamçı müqavimət əməliyyatlarının çoxunda iştirak edib”.

XS
SM
MD
LG