Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

69-cu Cannes film festivalı başlanır


69-cu Cannes Film Festivalının rəsmi posteri
69-cu Cannes Film Festivalının rəsmi posteri

-

Cannes Film Festivalının əsas mükafatı
Cannes Film Festivalının əsas mükafatı

Bu gün 69-cu Beynəlxalq Cannes Festivalı başlanır. Bu il festival Woody Allen'in "Café Society" filmi ilə açılır.

Festivalın müsabiqə hissəsində 20 film yarışacaq. Onların arasında Pedro Almodovar, Olivier Assayas, Dardenne qardaşları, Xavier Dolan, Jim Jarmusch, Ken Loach, Brilliante Mendoza, Cristian Munjiu, Sean Penn, Paul Verhoeven, Nicolas Winding Refn'in filmləri də var.

Müsabiqədən kənar isə Shane Black, Jodie Foster, Na Hong Jin, Steven Spielberg və başqalarının yeni filmləri nümayiş etdiriləcək.

"Xüsusi baxış" bölməsində Rusiya, Argentina, Misir, Niderland, İsrail, İran, İtaliya, Rumıniya, Sinqapur, ABŞ, Finlandiya, Fransa, Yaponiya filmləri nəzərdən keçiriləcək.

Festivalın "Qızıl palma budağı" və başqa mükafatlarını avstraliyalı rejissor George Miller başda olmaqla beynəlxalq münsiflər heyəti təqdim edəcək.

Macar rejissor Laszlo Nemes, fransız rejissor Arnaud Desplechin, italyan rejissor Valeria Golino, amerikalı aktrisa Kirsten Dunst, danimarkalı aktyor Mads Mikkelsen, kanadalı aktyor Donald Sutherland, fransız aktrisa Vanessa Paradis və iranlı prodüser Katayoon Shahabi jüri üzvləri arasındadır.

Festival 22 maya qədər davam edəcək.

XS
SM
MD
LG