Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

Prezident Henk Kamp-ı qəbul edib


Hollandiya
Hollandiya

-

Prezident İlham Əliyev mayın 11-də Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp-ın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, H.Kamp Azərbaycanda Niderland şirkətlərinə yaradılan şəraiti yüksək qiymətləndirib.

Görüşdə kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

+++

Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Henk Kamp Azərbaycana gəlib.

«Report» xəbəri Hollandiyanın Azərbaycandakı səfirliyinə istinadən yayıb.

İki günlük səfər zamanı nazir Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Bundan başqa, H.Kamp «ADA» Universitetində tələbələrlə bir araya gələcək və onlara mühazirə oxuyacaq.

Nazirin səfərindən sonra mayın 17-də Bakıya Hollandiyanın geniş tərkibdə biznes nümayəndə heyəti gəlməlidir.

XS
SM
MD
LG