Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:13

«Üzən məzənnə hara, sabitlik hara?»


Natiq Cəfərli
Natiq Cəfərli

-

«Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun ilin sonuna kimi manatın məzənnəsinin sabit şəkildə saxlanacağı haqda bəyanatı özü ziddiyyətlidir».

Bunu iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib.

İqtisadçı qeyd edir ki, Elman Rüstəmov bir tərəfdən, manatın üzən məzənnəyə keçdiyini deyib. Başqa tərəfdən isə, ilin sonuna kimi manatın məzənnəsinin indiki həddə qalacağını bildirib: «Bu isə o deməkdir ki, Mərkəzi Bank manatın hər hansı «üzən» məzənnəyə keçdiyini təsdiq etmir. Bu, bazar iqtisadiyyatının məntiq və fəlsəfəsi ilə üst-üstə düşmür».

N.Cəfərlinin fikrincə, Mərkəzi Bankın yürütdüyü siyasətin nəticəsində manatın dövriyyəsi 2 dəfə azalıb. Bununla da Mərkəzi Bank dollara olan tələbatı önləyib: «Amma nəyin hesabına - ticarət dövriyyəsi, iqtisadi fəallıq azaldı, ÜDM 3.5 faiz düşüb, iş yerləri qapanıb. Nəticələr bundan ibarətdir».

N.Cəfərli deyib ki, Mərkəzi Bankın bu mövqeyi makro-iqtisadi göstəricilərə zərbədir.

Ötən həftə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov manatın gələcəyi ilə bağlı nikbin fikirlər söyləmişdi.

«Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də «üzən məzənnə» rejimində öz dayanıqlığını axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır», - deyə Elman Rüstəmov qeyd edirdi.

XS
SM
MD
LG