Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 05:32

Supermarket sahiblərini məyus edən cavab


Fazil Məmmədov

-

Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə güzəşt edilməsi ilə bağlı təkliflərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: «Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faizi marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil».

İri supermarket şəbəkələrinin rəhbərləri bu yaxınlarda İqtisadiyyat Nazirliyinə müraciət edərək, ƏDV ilə bağlı onlara güzəşt edilməsini istəmişdilər. Supermarket rəhbərləri deyirdilər ki, əks halda ixtisar və qiymət artımı qaçılmazdır.

XS
SM
MD
LG