Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Türkiyə indiyədək 386 miqrantı geri alıb


Foto arxiv

Türkiyə Avropa Birliyi ilə vizasız rejim tətbiq edilməsi yönünüdə siyasətini davam etdirir.

Bunu mayın 9-da Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, Türkiyə Avropa Birliyindəki qanunsuz miqrantların qəbulu ilə bağlı öhtəliyini yerinə yetirir.

Tanju Bilgicin sözlərinə görə Türkiyə bugünədək 14 suriyalı da daxil olmaqla 386 miqrant qəbul edib.

125 Suriya qaçqını isə razılaşma çərçivəsində Avropaya göndərilib.

Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG