Bu gün (5 may, 2016-cı il) 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi başlayıb. A və B qrupunun komandaları I turun oyununa çıxıblar. Yarışın elə ilk günü Azərbaycan yığması acı məğlubiyyət yaşayıb.
A qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Portuqaliya 0:5 hesabı ilə məğlub olub. Qrupdakı digər oyunda Belçka yığması Şotlandiyanı 2: 0 hesabı ilə udub.
B qrupunda da 2 qarşılaşma olub. Avstriya Bosniya və Herseqovina yığmasını 2:0 hesabı ilə məğlub edib. Ukrayna yığması ilə Almaniya isə hərəyə bir xal qazanıb. Onların arasındakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.