Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Gömrükdə «yaşıl dəhliz»


Aydın Əliyev
Aydın Əliyev

Yaxın vaxtlarda Azərbaycanda sahibkarlığa dəstək məqsədi ilə xaricidən gətirilən yüklərin «yaşıl dəhliz» vasitəsi ilə ölkəyə daşınması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.

Bu haqda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Report-un xəbərinə görə, A. Əliyev deyib ki, «yaşıl dəhliz» məsələsi ilə bağlı digər əlaqəli qurumlarla müzakirələr aparılıb.

«Dövlət başçısının 4 mart tarixli sərəncamından sonra iki ay ərzində müxtəlif dövlət qurumları ilə birgə normativ aktların layihələrini hazırlayaraq Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təqdim etmişik. Artıq müəyyən işlər gedir. Yaxın zamanlarda sahibkarlara kömək məqsədi ilə müxtəlif dəhlizlər, eyni zamanda yüklərin «yaşıl dəhliz» vasitəsi ilə Azərbaycana gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərar veriləcək» - deyə komitə sədri bildirib.

Ölkə başçısı mart ayında gömrük prosedurlarında islahat aparılması ilə bağlı sərəncam vermişdi. Həmin sərəncamda «yaşıl dəhliz» kimi vasitələrin tətbiqi əksini tapmışdı.

Gömrük orqanları sistemində dörd dəhliz sistem-formasından istifadə edilir:

yaşıl dəhliz – mallara və ya nəqliyyat vasitələrinə yoxlama, eləcə də şəxsi yoxlama tətbiq edilmədən buraxılışıdır;

mavi dəhliz – malların və ya nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük nəzarəti formaların tətbiqi;

sarı dəhliz – məlumatların, sənədlərin, o cümlədən buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanılmasıdır;

qırmızı dəhliz – lazım olan məlumatların, sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin yoxlanılmasıdır.

XS
SM
MD
LG