Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:30

Türkiyəli general Bakıda görüşlərə başlayıb


General Galip Mendi, DİN-də görüşdə, 04.05.2016
General Galip Mendi, DİN-də görüşdə, 04.05.2016

-

Daxili işlər naziri Ramil Usubovun dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Qalip Mendi aprelin 4-də rəsmi görüşlərə başlayıb.

*Youtube Kanalımıza abunə olmağı məsləhət görürük- Ölkədə başverən hadisələrdən xəbəriniz olsun

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Fəxri xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edən türk generalı müşayiət edən heyət Ramil Usubovla görüşüblər. Görüşdə Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyi, münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirilib.

R.Usubov rəhbərlik etdiyi qurumun Türkiyənin güc qurumları ilə səmərəli əməkdaşlığından danışıb. Ordu quruculuğunda, Daxili Qoşunların formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin və Jandarm Komandanlığının böyük zəhməti olduğunu deyib.

Qalip Mendi də iki ölkənin güc qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib. Türkiyənin hər zaman Azərbaycanın yanında yer alacağını vurğulayıb. General qeyd edib ki, Azərbaycan ordusunun, Daxili Qoşunlarının güclənməsindən qürur duyurlar, onların inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.

Qalip Mendi mayın 3-də Azərbaycana gəlib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG