Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:38

Yeni kreditləşmə modeli elan ediləcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirildiyi bildirilir.

«Report»un xəbərinə görə, görüşdə ölkənin maliyyə sistemində tətbiqi nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib. Yeni model ətrafında müzakirələr aparılıb.

Görüşdə əsasən, dollar kreditləşməsi ilə bağlı məsələnin müzakirə edildiyi bildirilir. Yeni modelin ictimaiyyətə bu həftə açıqlanacağı gözlənilir.

Ölkədə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb. Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb.

Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası ötən aydan Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi prosesinin müvəqqəti dayandırılmasını tövsiyə edib.

XS
SM
MD
LG