Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:45

Zaqatalada 6 nəfərin saxlandığı bildirilir


Polis
Polis

-

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri Zaqatalada keçirilən əməliyyatla bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, bölgədə dini dözümsüzlük, bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan 6 nəfər saxlanıb. Onlar Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarovdur.

«Üzərilərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası götürülüb. Təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkarlanıb», – birgə açıqlamada qeyd edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işi başlandığı bildirilir.

+++

Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirilib.

Zaqatala rayon Polis Şöbəsindən AzadlıqRadiosuna verilən xəbərə görə, əməliyyat nəticəsində 5 nəfər saxlanıb.

Əməliyyatın mayın 1-də baş verən partlayışla bağlı keçirildiyi söylənir.

Mayın 1-i saat 07:30-da Zaqatala rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən, partlayış olmuşdu.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, sahə müvəkkili xəsarət alıb.

DİN hadisə ilə bağlı əlavə şərh vermir. Saxlananların yaxınlarının və ya vəkillərinin, hələlik, olaya mövqeyi bəlli deyil.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG