Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 20:02

-

ABŞ Dövlət katibi John Kerry və Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Dövlət Departamentinin sözçüsü John Kirby bu barədə mayın 2-də keçirdiyi gündəlik brifinqdə məlumat verib.

Onun sözlərinə görə, tərəflər telefon əlaqəsi saxlayıb, Suriyada atəşkəs, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini götür-qoy ediblər. “Tərəflər arasında təmkinliliyin bərpasından ötrü səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb”, Kirby deyib.

Aprelin əvvəlində cəbhə xəttindəki dörd günlük toqquşmalarda hər iki tərəf onlarla itki verib. Aprelin 5-də atəşkəs elan olunsa da, tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG