Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:43

Nazirliyin səlahiyyət dairəsi azaldı


Nəqliyyat naziri Ziya Məmmədov.
Nəqliyyat naziri Ziya Məmmədov.

-

Azərbaycan Nazirlər Kabineti «Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları»nda dəyişiklik edib. İndiyədək bu məsələlərə nəzarət Nəqliyyat Nazirliyinə aid olub.

Bundan sonra Nəqliyyat Nazirliyi Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, ölkənin yalnız digər ərazilərində bu işlərə nəzarət səlahiyyətinə malik olacaq.

Bakıda bu məsələyə bundan sonra Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi baxacaq. Sumqayıt və Gəncədə isə icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi.

Məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsini Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təmin edəcək.

Məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı, bir SMS-in qiymətini Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, digər ərazilərdə isə Nəqliyyat Nazirliyi, mobil operatorlar müəyyən edir.

Ötən ildən etibarən Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətləri alınaraq müxtəlif qurumlara verilib.

Onlardan xüsusilə ötən il sentyabrın 12-də prezidentin imzaladığı fərman daha çox yadda qalıb. Həmin fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və «fərqlənmə nişanı» verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyindən alınıb. Bu səlahiyyət ASAN Xidmətə verilib. Bundan başqa, nazirliyin bir sıra səlahiyyətləri də Dövlət Yol Polisinə verilib.

XS
SM
MD
LG