Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 00:22

Los-Ancelesdə Trump əleyhinə aksiya


Donald Trump

Mayın 1-də Los-Ancelesdə ABŞ prezidentliyinə iddiaçı Donald Trump və onun miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Aksiyaçılar həmçinin miqrasiya sahəsində islahatlara çağırıblar.

Qeyd edək ki, qanunsuz miqrantlara qarşı çıxan Trump , məsələn Meksika ilə sərhəddə divar çəkiçməsini təklif edib.

Böyüklüyünə görə ölkədə ikinci şəhər olan Los-Anceles sakinlərinin təxminən yarısı əslən Latın Amerikası ölkələrindəndir.

Aksiyaçılardan çoxunun əlində İspan dilində yazılmış plakatlar olub.

Onlar miqrasiya sahəsində islahatlar aparılması və iş miqrantlarına böyük hüquqlar verilməsini tələb ediblər.

Polisin məlumatına görə, mitinq zamanı elə bir insident baş verməyib.

XS
SM
MD
LG