-
Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda mayın 1-də baş verən partlayışla əlaqədar məlumat yayıb.
Nazirlik bildirir ki, saat 07:30 radələrində Zaqatala rayon Polis Şöbəsinin sahə rəisi Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış olub.
Nəticədə məntəqənin qapısı, pəncərələrin şüşələri dağılıb.
Xəsarət alan R.Balıyev DİN-in hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ancaq rəsmi açıqlamada hadisə ilə bağlı hər hansı saxlanandan bəhs edilmir.