Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:11

Türkiyədə ölü sayı artır


Ankara partlayışı. 13 Mart, 2016. İllüstrativ foto
Ankara partlayışı. 13 Mart, 2016. İllüstrativ foto

Türkiyənin Qaziantep şəhərində baş verən terror hadisəsində ölənlərin sayı ikiyə, yaralananların sayı 22-ə çatıb. Ölənlərin hər iksi polis, yaralılardan 18-i polis, 4-ü dinc sakindir.

Partlayıcı dolu maşın yerli vaxtla səhər saat 9.20-də Qaziantepdəki polis binasının qarşısında partladılıb.

Partlayış səsi şəhərin bir çox yerlərində eşidilib.

Terroru hansı qruplaşmasının törətdiyi araşdırılır.

XS
SM
MD
LG