Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 11:05

M.Ə.Möcüz. İlahi, sәni and verirux dövlәtlilәrimizin toxluğuna


Mirzə Əli Möcüz

-

"Ey arpa çörәyini biri-birinin әlindәn qapanlar, ey soyuq yarma aşına hәsrәt qalanlar, "Amin" deyin!"

"Ey evini, bağını girov qoyanlar, "Amin" deyin!"

Mirzə Əli Möcüz

(1873-1934)

AXIR ÇӘRŞӘNBӘ DUASI

Köhnə Azərbaycan xalçaları
Köhnə Azərbaycan xalçaları

İlahi, sәni and verirux sәdrinin sәdaqәtinә, kәrә yağının kәramәtinә, cәmi Әli şiәsin axirçәrşәnbә gecәsi halvanın qәbrinә zәvvar elә!

İlahi, sәni and verirux plovun zülfi-pәrişanına, sәn bizim әlimizi xuruşdan kәm vә kutah elәmә.

Ya Qәffar, xudaya-xudavәnda, sәni and verirux püstәnin dәhanitәnginә, xurmanın rәnginә, biz әhli-Şәbüstәri mübarәk yeddi lövünün şәfaәtindәn mәhrum vә binәsib elәmә.

İlahi, sәni and verirux abduq ilә qәndabın pilov dövrәsinin әtrafında çәkdiyi zәhmәtә, o gecә bizim övrәtә bir huş vә baş kәramәt elә, yağ-düyünü xәrab edib, ovqatımı tәlx etmәsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çәkmәyә getmәsin.

Ey axırçәrşәnbә gecәsi yatıb, sәhәr tezdәn quşlar ziyarәtinә gedәn xanımlar, "Amin" deyin!

İllüstrasiya
İllüstrasiya

Ey çehil-yasin suyu kimi gәndov suyunu istemal edib, mәraminә nail olanlar, ucadan "amin" deyin. Xudaya-pәrvәrdigara, sәni and verirux küçәlәrimizin zığına, hamamlarımızın kәsafәtinә, cavanlarımızın bığına, sәn bu yalançı müsәlmanların imanını kamil elә.

Ey on tümәnә yüz tümәn müamilә alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

İlahi, sәni and verirux dövlәtlilәrimizin toxluğuna vә füqәralarımızın çoxluğuna, xirov suyunun yoxluğuna, ya bizi öldür, tәlәbkarın yaxasın qurtar, ya tәlәbkarı öldür, bizim yaxamız xilas olsun.

Ey arpa çörәyini biri-birinin әlindәn qapanlar, ey soyuq yarma aşına hәsrәt qalanlar, "Amin" deyin!

İlahi! Sәni and verirux tümәni on şahıya höccәt yazan mollaların qәlәm-davatına, istambulçuların baratına, tiflisçilәrin manatına, bu nәzir sahibinin әmvatına, axirәtdә "Neynim!" günü görsәtmә.

Ey bir kağız lirә verib, bir cüt corab alıb ayağına soxanlar, yatmısız, ya bәng atmısız? Ucadan "Amin" deyin!

Ey nәzir sahibi, allah görüm sәnin pullarını falçıya, ilançıya qismәt elәmәsin. Ey bacılar, allah falçıları sizә vә sizi falçılara çox görmәsin! Ucadan "Amin" deyin!

Cәnab hacı, allah nәzrüvü qәbul elәsin. Sәnin ki, әlindәn su suvarmaq vә cәnazәyә yapışmaq vә xeyrә-şәrә işlәmәk gәlmәz, bәs allah yanında әylәşәn kasıbın ömrünә bәrәkәt әta elәsin, sәnә dә bir ölüm versin, ta beş-on kasıb fövtündәn xeyir görsün.

Ey dövlәtlilәrin xeyratında aşağı başda әylәşib, doyun-qarın pilov yeyәnlәr, ucadan "Amin" deyin! Ey molla qorxusundan saqqal qoyub, baş qırxdıranlar, "Amin" deyin!" Ey istambulçu qardaş, nә yapdın gәldin vәtәnә, öldün әtәnә, әgәr nәnәn caridi, sәnin ömrün yarıdı. Ey cәmi Әli şiәsini murdar vә özünü pak bilәn cari, öldürsün sәni tarı! "Amin" deyin!

Xudaya-xudavәnda, bari pәrvәrdigara, bir söz deyәcәyәm, acığın gәlmәsin, ola ki, yadından çıxa, sәn bu nәzir sahibinin qәdim ölәnlәrinә vә cәdid ölәnlәrinә rәhmәt elә.

Әlәlxüsus iki yüz doxsan doqquz il bundan qabax, axşama üç saat qalanda, qaynanası Tükәzban xala ki, baş tireyi-xakә çәkib, ona rәhmәt elә vә ondan yaxşı mütәvәccöh ol. Can sәnin, can Tükәzban xalanın. "Amin" deyәn, lal olmayasan!

İllüstrasiya
İllüstrasiya

İlahi, sәni and verirux bu nәzir sahibinin burduğu gülәlәrә vә çıxartdığı lülәlәrә, әvvәla cәmi bağ sahiblәrini bunun şәrrindәn mühafizәt elә vә saniyәn hәlal kәsbinә bәrәkәt әt elә. Ey bağına hәr hәftә qapı alanlar, ey altı ay zәhmәt çәkib, hasildә әli bәnd olmayanlar, "Amin" deyin!

İlahi, sәni and verirux girdәkanın girdәliyinә, fındığın xırdalığına, Sisbәyin qәbristanlığına zibil tökәnlәrin başını qoyub ayağına daş vurma. Ey iydәni yeyib, çәrdәyini hәsir altına soxanlar, ey burnunu әtәyi ilәn silәnlәr, ey pırpıslı donbalanlar, mәbadә allahın beytindә sizdәn bir hadisә biruzә gәlә hәr iki dünyada rusiyah olarsız. Qalxın, ucadan "Amin" deyin.

Bәh, bәh, tardan da bir nәzirverdilәr! Ey bacı, bilmirәm müsәlmansan, ya kafirsәn? Boynuva qızıl taxırsan, namәhrәmә baxırsan! İlahi, and verirux ucubunuğun qәddinә, vәttәzalinin mәddinә, bu övrәtin cәddinә, cәnnati-әdәndә yer kәramәt elә. Ucadan "Amin" deyәnlәrlә bәrabәr.

İlahi sәni and verirux riyanın mübahlığına, qumarbazların sağlığına, Fironun allahlığına, kәrbәlayi Hüseynqulunun cәrrahlığına, bu nәzir sahibini әsrin Әzrail hәkimlәrinә vadar vә möhtac elәmә. Ey ucadan "Amin" deyәn, sәni görüm, vayqanlı Zülfәlinin sütünә rast gәlәsәn!....

Bәh, bәh, usta Abbasqulu da bizә bir nәzir göndәrdi. Uşax, ucadan "Amin" deyin. Xudaya-pәrvәrdigara, sәni and verirux mәşәdi Lütfәlinin iştahasının azlığına, hirov Cәfәrin kefinin sazlığına, Kәrbәlayi Hәsәnәlinin gözlüyünә, Ağa Mirzә Mәmmәdәli ağanın süxәnvәrliyinә, birә yüz min bu dünyada, birә yüz min axirәtdә әcir vә әvәz kәramәt elә.

Ey başını usta Abbasquluya qırxdırıb pul vermәyәnlәr, ucadan "Amin" deyin.

İlahi, sәni and verirux Gülşәnin duvarlarına vә İmamzadәnin dağılan tifağına, sәn bu nәzir sahibini Sultan Babanın qәbrinә zәvvar elә. Ey bu nәzir sahibi!

Get, bu Dәrәküçәsindәki pir mәtlәbin versin, Hüseynbaba kәmәrin bağlasın, qışın tütәtüt vaxtında mәscidin minarәsindә әzan deyәsәn. Ey imamzadә qapısına qәndil bağlayan bacılar, ucadan "Amin" deyin.

İlahi, sәni and verirux molla Mәmmәdәli (molla Mәndәli) axundun qәbrinә, padişahi-islamın tiqi-bidiriqini әdayә qate vә bürra elә. Bu mәscidin banilәrinin ölәnlәrinә rәhmәt, qalanlarına tofiqin kәramәt elә. Ucadan "Amin" deyin.

İlahi, bu әmi ki, adını tanımıram, mәnә pul әta elәdi, ey әmi, allah qadanı-balanı, әğrәbi-ilanı, mamılı-matanı, yanunda yatanı, rәhmәtlik atanı, yerin, göyün bәliyyatından mәhfuz elәsin!...

Mirzə Əli Möcüzün əsərləri, Bakı, 1982

Günün bütün mövzuları

XS
SM
MD
LG