Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:07

XİN Ermənistanı məntiqsizlikdə qınayır


XİN
XİN

-

«Rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsizdir».

Ermənistan xarici işlər naziri Eduard Nalbandian-ın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olmaları ilə bağlı bəyanatını Azərbaycan xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzadlıqRadiosuna belə şərh edib.

H.Hacıyev deyib ki, bir neçə gün öncə Ermənistan prezidenti danışıqlardan imtina etdiklərini açıqlamışdı:

«Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çətindir. Bu, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelərin olduğunu göstərir. Xarici işlər naziri öz prezidentinin dediklərini inkar edir. Bunlar Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq, təcavüzü hər vəchlə davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər onların əsl simasıdır. Bu təxribatın hədəfi isə mülki Azərbaycan əhalisidir».

XS
SM
MD
LG