Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:11

Elçin Qasımov həbsdə qaldı


Elçin Qasımov
Elçin Qasımov

Bakı Apelyasiya Məhkəməsi «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun şikayətini rədd edib. Bu haqda onun vəkili Elnur Nəbiyev məlumat verib.

Report-un xəbərinə görə, hakim Əmir Bayramov Elçin Qasımovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb.

Nəsimi rayon Məhkəməsi bundan əvvəl onun həbs müddətini üç ay artırmışdı.

Qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatına ilahiyyatçı Tale Bağırzadə rəhbərlik edir. İlahiyyatçı ötən ilin noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanıb. T. Bağırzadənin müavini E. Qasımov isə ondan əvvəl - noyabrın 5-də tutulmuşdu. Onun Sabunçu polisində saxlanması dindarların etiraz aksiyasına səbəb olmuşdu.

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə, 30 sutka inzibati məsuliyyətə cəlb olunan E. Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur. Ona qarşı əlavə ittihamların irəli sürüldüyü bildirilir.

XS
SM
MD
LG