Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:59

Dövlət qulluğuna qəbulda dəyişikliklər...


Dövlət qəbuluna qəbul imtahanı (arxiv fotosu)
Dövlət qəbuluna qəbul imtahanı (arxiv fotosu)

Parlament komissiyası dövlət qulluğuna qəbulun yalnız testdən ibarət olmasına, hələlik, razılıq vermədi

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlət qulluğuna qəbulla bağlı qaydaların və şərtlərin dəyişdirilməsini nəzərdə tutan layihəni geri qaytarıb.

Qərar komitənin aprelin 28-də «Dövlət qulluğu haqqında» qanuna təklif olunan dəyişikliklər layihəsinin müzakirəsindən sonra qəbul olunub.

Report-un xəbərinə görə, müzakirə zamanı komitə sədri Əli Hüseynli təklif olunan dəyişiklikdə dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqənin yalnız test imtahanından ibarət olması haqda məlumat verib.

Dəyişiklik layihəsi dövlət orqanına təklif edilən namizədin 6 ay sınaq müddətinə qulluğa qəbul edilməsini nəzərdə tuturdu. Sınaq müddəti ərzində problem olmasa, daimi dövlət qulluğuna qəbulla bağlı əmr veriləcək, əmək müqaviləsi bağlanacaqdı. Dəyişikliyə görə həmçinin, attestasiyalar ləğv olunacaq, dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikat almalı olacaqdılar.

Ancaq komitə üzvləri dəyişikliklər layihəsini sərt tənqid ediblər. Müzakirələrin sonunda dəyişikliklər layihəsinin yenidən işlənməsi lazım bilinib.

Dəyişiklik layihəsi əsasən dövlət qulluğuna seçimin yalnız test imtahanından ibarət olması ilə diqqət çəkirdi. Hazırda qüvvədə olan qaydalar testdən əlavə imtahan məzmunlu şifahi sorğunun aparılmasını da nəzərdə tutur. Testdən keçənlər bunun ardınca şifahi sorğu-sual edilirlər.

XS
SM
MD
LG