Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 16:34

SpaceX Marsa kosmik gəmi göndərəcək


Foto arxiv

SpaceX 2018-ci ilədək Marsa kosmik gəmi göndərəcək.

Bu layihə şirkətin banisi İlon Maskın bu ambisiyalı məqsədi yönündə ilk addım olacaq.

O, gələcəkdə insanları başqa planetlərə göndərmək və onları müstəmləkəyə çevirmək arzusundadır.

Marsa ilk olaraq Red Dragon gəmisi göndəriləcək. Maskın sözlərinə görə, o günəş sisteminin istənilən yerinə düşə bilir. Şirkətin nəzərdə tutulan bu uçuşu barədə sentyabrda keçiriləcək beynəlxalq kosmik qurultayda ətraflı məlumat verilməlidir.

Bundan başqa SbaceX şirkətiFelkn Hevi adlı ağır tipli raket daşıyıcısını nümayiş etdirmək fikrindədir.

O Marsa 13 tonadək yük aparmalıdır.

XS
SM
MD
LG