Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:30

«Formula-1»in rəhbəri hazırlıqlardan razıdır


«Formula-1»-ə hazırlıq
«Formula-1»-ə hazırlıq

«Bakının Avropa Qran-prisinə hazırlığından müəyyən mənada razıyam». Bu sözləri «Formula-1»in prezidenti Berni Ekklstoun Bakıdakı yarışlara hazırlığın durumu ilə bağlı danışarkən deyib.

APA-nın xəbərinə görə, Berni Ekklstoun  ilk dəfə «Formula-1»in mərhələ yarışına ev sahibliyi edəcək Azərbaycanın buna məsuliyyətlə hazırlaşdığını bildirib.

«Orada çalışan insanlar xoşuma gəlir. Onlar çox həssasdırlar və lazım olan hər şeyi edirlər» - deyə Formula-1-in prezidenti qeyd edib.

Bakıda «Formula-1» yürüşləri bu il iyunun 17-19-da keçiriləcək. Bu yarışlar 2021-ci ilə kimi hər il  Bakıda olmalıdır. Əks halda Azərbaycan cərimələrlə üzləşə bilər.

Azərbaycan müxalifəti bu yarışlara böyük pulların xərclənməsini dəstəkləmir. Onların fikrincə, həmin pullar ölkədə yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial problemlərinə sərf edilməlidir.

XS
SM
MD
LG