Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Tərtər rayonunda 11 kənd işıqsız qalıb


İşıq
İşıq

-

Son bir gündə Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

Bunu «Report»a Tərtər rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.

Aprelin 26-da isə icra hakimiyyətindən bildirmişdilər ki, son günlər rayonda 23 evə mərmi düşüb.

İcra başçısının deməsinə görə, aprelin 26-dan 27-nə keçən gecə rayonun Seyidinli, Qapanlı, Qazıyan, Seysulan, Çiləbürt, Yarımca, Göyarx kəndlərində bir neçə fərdi yaşayış evinə «Qrad» mərmisi düşüb: «Ermənilərin atdığı «Qrad» mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb».

Başçı qeyd edib ki, hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır: «Artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında, digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq. Dəymiş ziyanla bağlı Tərtər rayon Fövqəladə Hallar Komissiyasında araşdırmalar aparılır».

XS
SM
MD
LG