Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:40

İlham Əliyev Harlem Dezir ilə görüşüb


Harlem Desir
Harlem Desir

Prezident İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Harlem Dezir ilə görüşüb.

Xəbəri President.az saytı yayıb.

BMT-nin Sivilizasiyalar Alyansının VII Forumunda iştirakına görə Harlem Dezirə minnətdarlıq edən İlham Əliyev səfərin ikitərəfli və regional məsələləri müzakirə etmək baxımından yaxşı fürsət olduğunu bildirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Harlem Dezir bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdü. O, Azərbaycandan əvvəl Ermənistanda səfərdə olub.

XS
SM
MD
LG