Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 18:32

Türkiyə rəsmisi dini konstitusiyaya çağırıb


Ismail Kahraman

Türkiyə parlamentinin sədri İsmail Kahraman dünyəvilikdən imtina edən yeni konstitusiya yaratmağa çağırıb.

O aprelin 25-də bildirib ki, böyük əksəriyyəti müsəlman olan Türkiyəyə dini konstitusiya lazımdır.

Buna qarşı çıxan onlarla etirazçı parlamentin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Amma polis buna imkan verməyib və aksiyaçılarla polis arasında toqquşma olub.

Onlarla aksiyaçının saxlanıldığı bildirilir.

Aksiyaçılar parlament sədrini hüquqi dövlət olan Türkiyə Cumhuriyyətini dağıtmaq və xilafət dövləti yaratmağa cəhddə ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG