Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:57

Kərimov:"Rusiya sülh prosesinə qoşulsun"


Vladimir Putin və Islam Karimov

Özbəkistan prezidenti İslam Kərimov hesab edir ki, Əfqanıstanla bağlı sülh danışıqlarında Rusiya da iştirak etməlidir.

O aprelin 26-da Moskvada rusiyalı həmkarı Putinlə görüşdən sonra həmçinin bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı Əfqanıstandakı hərbi-siyasi qarşıdurmaya qarışmamalıdır.

Kərimov Əfqanıstanla bağlı sülh danışıqlarının bərpasının bütün region üçün çox vacib olduğunu deyib.

Qeyd edək ki, Əfqanıstanla bağlı sülh prosesinə ABŞ, Çin və Pakistan vasitəçilik edir.

Kərimov hesab edir ki, bu ölkədəki qeyri-sabitlik yavaş-yavaş digər region ölkələrinə də yayıla bilər.

XS
SM
MD
LG