Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

Məmmədyarov:«Bakı danışıqlara hazırdır»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

«ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini artırılması vacibdir. Azərbaycan münaqişənin həlli ilə bağlı nəticəyönümlü danışıqlara hazırdır».

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir ilə görüşündə deyib.

Nazirliyin saytı xəbər verir ki, E. Məmmədyarov H.Desirə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verib, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini bildirib.

Əsasən ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə də toxunulub.

Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir Azərbaycandan əvvəl Ermənistanda səfərdə olmuşdu.

XS
SM
MD
LG