Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:02

Erdoğan-ın səfəri başa çatıb


İlham Əliyev və R.T.Erdoğan

-

Aprelin 26-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın Azərbaycana işgüzar səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Erdoğan-ı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Türkiyə prezidenti Azərbaycana BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədi ilə gəlmişdi.

Bu gün forumda terrora qarşı qlobal ittifaq yaradılmasını təklif edən Erdoğan dünən prezident İlham Əliyevlə görüşmüşdü.

XS
SM
MD
LG